03-02-2018 [19:56]
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) keçirilən elmi-praktiki seminarda Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb.
Mia.az APA-ya istinadən xəbər verir ki, MQİMO-da keçirilən "Qafqaz keçmişdə və indi (cəmiyyət və siyasət, iqtisadiyyat və mədəniyyət)” adlı seminarın 27-ci iclasında İnstitutun "Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı, ermənipərəst Vadim Muxanovun "1918-ci ilin Şamxor faciəsi: tarix, gedişi və nəticələri” (Шамхорская трагедия 1918 г.: предьстория, ход и последствия) adlı məruzəsi dinlənilib.
Tədbirdə azərbaycanlı alimlərin iştirakına qadağa qoyulub. Təkidlərdən sonra azərbaycanlı tarixçilər tədbirə buraxılsa da, təşkilatçılar tədbirin media üçün nəzərdə tutulmadığını əsas gətirərək, azərbaycanlı jurnalistlərə bu imkanı yaratmayıblar.
V. Muxanov yazdığı kitaba dair məruzəsində Şəmkir hadisələri zamanı güya azərbaycanlıların I Dünya müharibəsindən qayıdan rus əsgərlərini vəhşicəsində qətlə yetirdiyini, Azərbaycan ərazisində onların başına qırğınlar gətirildiyini qeyd edib. Müəllifin fikrincə, həmin dövrdə azərbaycanlıların bu fəaliyyəti Qafqazda vətəndaş müharibəsinə səbəb olub. Bundan əlavə, ermənipərəst müəllif monoqrafiyasında Azərbaycan xalqını təhqir edib. O, azərbaycanlıları "müsəlman bandası”, "tatar şaykası” adlandırıb.

Tədbirdən sonra sualları cavablandıran Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin Vadim Muxanovun Azərbaycanın elm dairələrinə çoxdan məlum olduğunu söyləyib:
"Onun Azərbaycanla bağlı mövqeyini yaxşı bilirik. Əslində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi ərəfəsində bu kitabın nəşri və onunla bağlı məruzə hazırlanması təsadüfi deyil. Seminarda bildirdim ki, Azərbaycanda müəllifin monoqrafiyada əsk olunan fikirlərinin qərəzli olduğu qənaəti hakimdir. 1918-ci ilin yanvarın 8-12-də Şəmkir stansiyasında baş verən hadisə hərbi əməliyyat olub. Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdi.
Sual verdim ki, müəlif həmin hərbi hissələrin statusunu necə müəyyənləşdirib? Muxanov monoqrafiyada onları rus əsgəri adlandırır. O, sualıma cavab verə bilmədi. İkinci sualım belə oldu ki, vətəndaş müharibəsi deyəndə nəyi nəzərdə tutub. Kitabda azərbaycanlılar və gürcülər bolşevik hakimiyyətini qəbul etmədiklərinə görə günahlandırılırlar. Onu da soruşdum ki, kitabda ermənilərə niyə yer verilməməsi ilə bağlı idi?
Kitabda Zaqafqaziya ölkələrindən bəhs edilsə də, ermənilərin fəaliyyətindən söz açılmayıb. Muxanov ümumi sözlərlə suallara cavabdan yayındı”.
S.Rüstəmova-Tohidi bildirib ki, erməni alimlər onun çıxışına mane olmağa çalışıblar.
S. Rüstəmova-Tohidi Azərbaycan əleyhinə olan bu tədbirin MQİMO-da keçirilməsinin çox təəssüf doğurduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Rusiyada fəaliyyət göstərən tarix elmləri namizədi Eldar Abbasov V. Muxanovun yazdığı monoqrafiyada heç bir tarixi mənbədən istifadə etmədiyini bildirib:
"Ona sualım da məhz bununla bağlı idi. Muxanov tarixi mənbəsini açıqlaya bilməzdi, çünki onun mülahizələri heç bir tarixi mənbəyə söykənmirdi”.
Tədbirdə iştirak etməsinə baxmayaraq, çıxış imkanı verilməyən rusiyalı tarixçi-alim, erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxsaylı monoqrafiyanın müəllifi Oleq Kuznestov MQİMO-da Qafqazşünaslıq problemləri ilə bağlı tədbirlərin müntəzəm keçirildiyini söyləyib:
"Bu tədbir bir tərəfdən akademik, digər tərəfdən isə formal xarakter daşıyırdı. Bu cür tədbirlərdə monoqrafiyalar müzakirə olunur və onların nəşr olunmasına tövsiyyə verilir. Tədbirin keçirilməsinə əsas məqsəd Vadim Muxanovun bu monoqrafiyasının iki ay sonra, aprel ayında, məhz Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi ərəfəsində çapdan çıxarmaqdır. Bu işin əsas məqsədi Azərbaycan xalqının müstəqillik əldə etməsinin 100 illiyi ilə bağlı keçirəcək tədbirlərə kölgə salmaqdan, ləkə yaxmaqdan ibarətdir”.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi