Fazil Məmmədov hər gün işə gəlir: "Pul problemi də yoxdur"

img

03-02-2018 [14:01]


Keçmiş vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının prezidenti postunu tərk etməyi planlaşdırmır.

Mia.az xəbər verir ki, bu barədə virtualaz.org-a açıqlamasında Federasiyanın birinci vitse-prezidenti və Azərbaycanın güləş üzrə milli yığma komandasının baş məşqçisiFirdovsi Umudovdeyib.

"Biz Fazil Məmmədovla daim təmasdayıq, görüşlər keçiririk. Fazil Məmmədov hər səhər işə gəlir, məşqçilərə və güləşçilərə öz tövsiyələrini verir, onların qarşısında yeni vəzifələr qoyur. Mən ona vitse-prezident postunu həvalə etdiyi üçün minnətdaram və çalışacağam ki, gözləntiləri doğruldum”-Umudov deyib.

Federasiya vitse-prezidenti bildirib ki, Azərbaycanda məmurların öz vəzifələrindən gedəndən sonra başçılıq etdiyi idman federasiyalarını da tərk etməsinin tez-tez şahidi olurduq. Lakin heç bir zəmin yoxdur ki, Fazil Məmmədov yaxın vaxtlarda federasiya prezidenti postunu tərk etsin.

"O, federasiya rəhbəri kimi fəal işləyir, güləşçilərin Tokioda keçiriləcək 2020-ci il Olimpiadasına yaxşı hazırlaşması üçün əlindən gələni edir” - baş məşqçi deyib.

F.Umudovun sözlərinə görə, Federasiyanın maliyyə problemi də yoxdur, güləşçilərə və məşqçilərə maaşlar, mükafatlar vaxtlı-vaxtında verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA