Heydər Əliyev Fondunun humanitar aksiya həftəsi baza çatıb

img

17-09-2010 [11:23]


Heydər Əliyev Fondunun dəstəyi ilə "WORLDMED" klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatıb. Fonddan verilən məlumata görə, sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində əməliyyat aparılıb. Artıq ikinci ildir, bu klinikada aztəminatlı ailələrdən olan "dovşandodaq" və "qurdağız" diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinə olunub, 200 uşaq üzərində əməliyyat aparılıb. Əməliyyatlar üz-çənə cərrahı, tibb elmlər doktoru, "WORLDMED" klinikasının baş həkimi Əziz Əliyev və Amerikanın "Smile Train" təşkilatının həkimləri tərəfindən həyata keçirilib. İki əməliyyat otağında paralel aparılan cərrahiyyə əməliyyatları gündə 5-7 uşagın fiziki qüsurunu aradan qaldırmağa imkan yaradıb. Fondun dəstəyi ilə klinikada gerçəkləşən əməliyyatlar tam pulsuz aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA