02-02-2018 [17:39]
Məcburi köçkün Mənsurə Orduxan qızı işdən çıxarılması ilə redaksiyamıza məktub ünvanlayıb.
Şikayətçi məktubda SABUNÇU RAYON ATS 450-nin sədri Fatma Məmmədovanın onu heç bir əsas olmadan işdən çıxardığını qeyd edir.
Musavat.com-un müxbiri məsələni araşdırmaq üçün Mənsurə Orduxan qızı ilə əlaqə saxlayıb.
Mənsurə Orduxan işdən ayrılmağının səbəbini belə izah etdi: "Bu ilin yanvar ayında Sabunçu ATS-450-nin kadrın sədri Məmmədova Fatma Tağı qızı məni otağa çağıraraq qarşıma hazır ərizə qoyub, qol çəkməsini əmr etdi. Nə edəcəyimi bilmədim.
O, işdən ayrılmağımın səbəbini ixtisarla əlaqəli olduğunu dedi. Sədrə bildirdim ki, axı mən qaçqınam və 2 ay bundan əvvəl siz mənim qaçqınlıq haqqında sənədimi alıb BTRB-yə göndərmisiniz. Ölkə başçısı fərmanlarının birində də deyib ki, torpaqlarımız geri qaytaralanadək heç bir qaçqın işdən çıxarıla bilməz. Nazirlər kabinetinin daha bir qanunu var, ixtisara ancaq stajı az olanlar salına bilər. Mən 24 ildir ki, rabitə sahəsində çalışıram. Yoldaşım da rabitəçi olub. Hətta bu gün mənin yaşadığım evi də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verib”.
Mənsurə Orduxanqızı bildirdi ki, ATS sədri onun bu sözlərini ikrahla qarşılayaraq, hədələyib: "Bu sözlərdən sonra ümid edirdim ki, mənə rəhmləri gələr. Ancaq çox təəssüf ki, sədr Fatma Məmmədov məni hədələyərək, qol çəkməmi istədi. Bildirdi ki, "öz xoşunla qol çəkməsən səni "statya” ilə çıxardacam”. Bu zaman qorxdum, ehtiyat etdim, qol çəkdim”.
Şikayətçi ATS-in şöbə müdiri Mirdamət Cabbarlının yanına getdiyini, ondan da kömək dilədiyini bildirdi: "Heç bir söz demədən qol çəkib, otaqdan çıxdım. Şöbə müdirimiz Mirdamət Cabbarlının yanına getdim və işdən çıxarılmağımın səbəbini öyrənmək istədim.
Mirdaməd müəllimə qaçqın olduğumu, ölkə başçısının fərmanını diqqətinə çatdırdım. Onlara bildirdim ki, 3 ildir məni işdən çıxarmaq üçün niyə əlləşirsiz? Axı, 58 yaşlı, 6 uşaq anasından nə istəyirsiz? O isə mənə "səni çıxartmaq mənim üçün problem idi ki?” dedi. Bu insanlar 58 yaşlı, 6 baş külfəti olan ağsaçlı ananı işsiz qoydular. Ailə aylıq maaşa baxırdıq, yeganə qazanc yerimiz idi. Bir ana kimi mənə qarşı göstərilən ədalətsizliyi ictimaiyyətə bildirəsiniz”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov ixtisarlar zamanı bu kimi şəxslərin imtiyazlarının nəzərə alınmasının vacibliyini vurğuladı: "İxtisaslar zamanı bu kimi şəxslərin imtiyazları nəzər alınmalıdır. Hər halda ixtisar olan zaman üstünlük hüququ olanlar saxlanılmalıdır. Bu Əmək Məcəlləsində də göstərilib. Bəzən praktikada subyektivçiliyə yol verirlər. Bütün hallarda onu da qeyd edim ki, qapanan və yaxud ştatların ixtisarı ilə bağlı işçilərə İşsizlikdən Sığorta Fondu tərəfindən müavinətlər verilir. Onlar işlə bağlı məşğulluq idarələrində uçota durmalıdır, Məşğulluq Mərkəzləri onlara layiqli ixtisas və peşəsinə uyğun işlə təmin etməlidir, ya da müavinətlə təmin etməlidir. Sırf ixtisarla bağlıdırsa, iş stajı 15 ildən çoxdursa, 6 ay müddətində orta əmək haqqının 60 faizi miqadarında müavinət verilməlidir”.
Məsələ ilə bağlı SABUNÇU RAYON ATS 450-nin sədri ilə əlaqə saxlamağa çalışdıq. ATS-dən sorğumuza qısa zamanda cavab veriləcəyi bildirildi.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Məğrur Mərd
Musavat.com
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi