Həftəsonu Azərbaycanın bəzi ərazilərində leysan yağacaq

img

17-09-2010 [11:20]


Bakıda və Abşeron yarımadasında həftəsonu dəyişkən buludlu, əsasən yağmursuz hava davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hodrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20?, gündüz 25-27? olacaq. Sentyabrın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18?, gündüz 22-24? təşkil edəcək. Sentyabrın 20-də hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17?, gündüz 23-26? olacaq. Azərbaycanın rayonlarında sentyabrın 18-də əsasən yağmursuz hava olsa da, axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi günün ikinci yarısında qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19?, gündüz 26-30?, dağlarda gecə 8-12?, gündüz 16-19? olacaq. Sentyabrın 19-20-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, 20-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-17?, gündüz 22-25?, 20-də 28?-dək isti, dağlarda gecə 7-10?, gündüz 12-15?, 20-də 18?-dək isti müşahidə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA