02-02-2018 [15:21]
Zaman-zaman yerli mətbuatda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qalmaqallı açıqlamaları ilə gündəmə gəlir.
Bu baxımdan bəziləri onuRusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovskiyə bənzədirlər. Minval.info bununla əlaqədar olaraq Hafiz Hacıyevin fikirlərini öyrənib.
Partiya sədri bildirib ki, Jirinovski həmişə Rusiyanın milli maraqlarına xidmət edən bir adam olub: "Səhv edirlər, mən vətənimi sevən bir insanam. Həyatım üçün təhlükə yarananda belə, həqiqəti, dövlətçiliyə xələl gətirənlərin kim olduğunu açıq şəkildə demişəm.Mən digərləri kimi Sorosa, Amerikanın kəşfiyyat orqanlarına, Avropa qurumlarına işləməmişəm.Prezidentin şəxsən özünün apardığı siyasəti dəstəkləyib onunla bir yerdə olmağı qarşıma məqsəd qoymuşam.
Ömrümün axırına qədər dövlətçiliyə sadiq olacağam, həqiqəti söyləyəcəyəm. Təbii ki, məni qınaq obyektinə çevirənlər var. Bunlar hamısı mənə qarşı hücumlardır. İstər daxildə, istər xaricdən olan təzyiqlərdir. Çalışırlar ki, yolumdan döndərsinlər. Mən dəfələrlə demişəm, qardaşımın yanındayam. Məni öldürsələr, başımı kəssələr, soroslar başıma pul qoysalar da…”
Hafiz Hacıyev həmçinin söyləyib ki, bəzi məmurlar barədə, ölkədəki korrupsiya haqqında danışdığından çıxışları qalmaqallı olur. Bu səbəbdən onu rusiyalı siyasətçiyə bənzədirlər.
Siyasətçi eyni zamanda Jirinovskinin Rusiya mətbuatına verdiyi açıqlamada "Azərbaycan Rusiyaya birləşsin, Qarabağ münaqişəsi həll olunsun” sözlərini deməsinə münasibət bildirib:
"Onun həmişə sarsaq fikirləri olub. Jirinovski qələt edir. O, elə deyirsə, biz də hücuma keçməliyik. Prezidentliyə namizədliyini irəli sürdüyü üçün xal toplayır. Bu, mümkünsüzdür, Azərbaycan müstəqil dövlətdir. Jirinovskinin aparat üzvləri ilə dəfələrlə söhbətlərim olub. Onun özü ilə çalışmışam görüşüm, lakin alınmayıb. Görüşümüz alınsa, onu ağıllı şəkildə başa sala bilərəm. Təlxək də olsa, imperiyanın missiyalarını yenidən bərpa etməyə çalışır. Hər oyuna girir. Əslində, pis hal deyil, vətəninə xidmət edir. Gərək biz də Dağlıq Qarabağı işğaldan azad etmək üçün əlimizdən gələni edək. Heç bir dövlətlə razılaşmadan, ölkəmizdə ciddi şəkildə təmizləmə işi aparaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi