Azərbaycan Ordusunun əsgəri həlak olub

img

17-09-2010 [11:03]


Azərbaycanın cəbhə xəttində daha bir əsgər ölümü hadisəsi baş verib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə sentyabrın 16-sı səhər saatlarında Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən ?N? saylı hərbi hissəsində baş verib. Qaradağ rayonundan həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Rufət Zaur oğlu Səmədov aldığı güllə yarasından həlak olub. Hadisə hərbi hissənin əsgəri, 19 yaşlı Amil Rəşid oğlu Kərimovun silahı boşaldarkən onunla ehtiyatsız davranması nəticəsində baş verib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Əsgərin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, mərhumun meyiti bu gün saat 12.00-da anadan olduğu Ələt qəsəbəsində torpağa basdırılacaq. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA