Türk ordusu Afrində bölgə mərkəzini və bir kəndi də azad etdi - Dağlıq ərazidə şiddətli döyüşlər gedir

img

01-02-2018 [21:52]


Türkiyə ordusu Afrinə başladılan "Zeytun budağı" əməliyyatının 13-cü günü daha bir bölgə mərkəzini terrorçulardan təmizləyib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri az öncə rəsmi açıqlama yayıb.

Bildirilib ki, bu gün Büldül bölgə mərkəzi də PYD/YPG terrorçularından azad edilib:

"Bununla bərabər, hazırda Afrinin şimalındakı Ali Kar kəndi də ələ keçirilib. Bununla da Şenkal və Zehran kəndləri arasındaki rabitə bərpa edilib. Şiddah  kəndində isə  PYD mövqeləri bombalanır".

Məlumata görə, indiyədək 811 terrorçu məhv edilib: "Bu günədək Afrinin beş bölgəsində 20 kənd, bir kənd tipli ərazi, 7-si strateji dağ və ya təpə olmaqla 27 hədəf terrorçulardan azad edilib. Hazırda Darmık dağının çevrəsi də nəzarət altına alınıb, ərazidə şiddətli döyüşlər gedir ".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA