Həmsədrlər fevralın 3-ü Azərbaycana gələcək - Qarabağ müzakirəsi

img

01-02-2018 [21:30]


ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.

Mia.az xəbər verir ki, diplomatik mənbə APA-ya eksklüziv olaraq bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq. Onlar fevralın 3-də Bakıya gələcəklər. Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA