DİN-dən Mingəçevir DYP ilə bağlı şikayətə reaksiya - "Vətəndaşın dedikləri öz təsdiqini tapmayıb"

img

01-02-2018 [16:53]


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-da yayımlanan "Haralısan, harada işləyirsən, tanışın varmı” sualını verib cərimələdi - Mingəçevir DYP-dən şikayət” başlıqlı yazısı ilə bağlı reaksiya verilib.

Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Natiq Cavadovun elektron ünvanımıza göndərdiyi yazılı açıqlamada bildirilir ki, Yevlax rayonunun Tanrıqulular kənd sakini Camal Camalzadənin müracəti araşdırılıb: 

"Həqiqətən də yanvarın 24-də saat 16 radələrində Mingəçevir şəhərinin "Dram teatrı” dairəsi adlanan yerdə yol ayrıcı keçid qaydasını pozduğuna görə 90 LL 446 dövlət nömrə nişanlı "Mersedes Benz” markalı avtomaşın həmin ərazidə xidmət aparan Mingəçevir ŞPŞ DYPB-nin əməkdaşı tərəfindən saxlanılıb. Yol polisi əməkdaşı tərəfindən törətdiyi qayda pozuntusu sürücüyə izah edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə inzibatı protokol tərtib edilib.Bu zaman C.Camalzadə əməkdaşa onun atasını tanıdığını xatırladaraq, protokol yazmamasını təkid edib. Lakin YPX əməkdaşı ona öz vəzifə borcunu yerinə yetirdiyini, törətdiyi qayda pozuntusuna əsasən sürücüyə protokol tərtib edildiyini bir daha izah edib”.

Həmçinin onu da qeyd edək ki, araşdırma zamanı YPX əməkdaşı ilə sürücünün dialoqunu əks etdirən videogörüntüyə də baxış keçirilib, lakin vətəndaşın dedikləri öz təsdiqini tapmayıb.

Ona görə C.Camalzadənin iddiaları əsassızdır və o, mövcud qanunvericiliyə uyğun olaraq cərimələnib.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA