Avropa ittifaqı Azərbaycana 3 milyon avro vəsait təqdim edib

img

16-09-2010 [05:09]


Avropa İttifaqı Büdcəyə Dəstək Proqramı çərçivəsində Azərbaycana 3 milyon avro həcmində vəsait verib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən daxil olan məlumata görə, bu, Azərbaycana ümumilikdə təqdim ediləcək 14 milyon avro həcmində yardımın ilk tranşı hesab edilir. Bu vəsait hökumətin milli enerji strategiyasının gücləndirilməsi istiqamətində səylərinə yardım edəcək. Qurum tərəfindən edilən yardım tədarük, nəqliyyat və bütün enerji mənbələrinin istifadəsini əhatə edəcək ardıcıl, kompleks və şəffaf enerji startegiyasının inkişafına xidmət edəcək. ?Azərbaycan və Avropa Birliyi arasında enerji sektorunda möhkəm əməkdaşlıq ikitərəfli münasibətlər əsasında qurulub. Büdcəyə Dəstək Proqramı bu yolda əldə edilmiş növbəti nailiyyətdir. Bizim bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində aparılan əməkdaşlığımızın əsas məqsədi Azərbaycanın enerji resurslarının diversifikasiya olunması və iqlim dəyişikliyinin nəticələrinin asanlaşdırılmasına yardım etməkdir. 2010-cu il Azərbaycanda "Ekologiya ili" adlandırılıb. Beləliklə də, bu gün təqdim edilən vəsait olduqca mühüm mərhələ hesab edilir?,-deyə Aİ-nin nümayəndə heyətinin rəhbəri, səfir Rolan Kobia bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA