01-02-2018 [16:16]
Mərkəzi Bank rəqəmsal ödənişlərin genişləndirilmək məqsədi ilə "Ani ödənişlər sistemi”nin yaradılmasına start verib.
Mərkəzi Bankdan Mia.az-a verilən məlumata görə, Mərkəzi Bank ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilmiş və bu hədəflər üzrə Mərkəzi Bank əsas icraçı təyin edilib:
"Verilmiş tapşırığın icrası məqsədi ilə həyata keçirilməsinə qərar verilmiş əsas tədbirlərdən biri də ölkədə "Ani ödənişlər sistemi”nin yaradılmasıdır. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması göstərir ki, hazırda dünyanın qabaqcıl ölkələrində ödənişlərin 24/7/365 rejimində həyata keçirilməsi üçün "Instant Payment System” və ya "Fast Payment System” adları altında hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən ani ödəniş sistemləri fəaliyyət göstərməkdədir. Belə ki, bir çox ölkələrdə (məsələn İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Cənubi Koreya, Hindistan, Sinqapur və s.) artıq bu tipli sistemlər real rejimdə tətbiq edilmiş, digər ölkələrdə isə tətbiqi üzrə hazırlıq işləri aparılır.
Qeyd olunan Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilmiş hədəflərə nail olunması məqsədi ilə Mərkəzi Bankda müvafiq beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla "Ani ödənişlər sistemi”nin yaradılması üzrə ilkin araşdırmalar aparılıb və mövcud ödəniş ekosisteminə inteqrasiyası baxımından tələblər müəyyənləşdirilib.
Bu məqsədlə 1 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında müəyyənləşdirilmiş tələblərin bankların rəhbər işçiləri geniş müzakirəsi təşkil edilib, onların rəy və təklifləri dinlənilib."
Görüşdən sonra bu istiqamətdə işlərin sürətlə davam etdirilməsi qərara alınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi