"Şadlıq sarayları bahalı olsa da,..." - Spikerdən restoran sahiblərinə etiraz

img

01-02-2018 [14:12]


"Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil. Xeyli böyük şadlıq evi tikilib. Bahalı olduğu üçün kimsə akustika sisteminə baxmır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib. 

O.Əsədovun sözlərinə görə, az sayda şadlıq evi var ki, orada akustika normativə uyğun olaraq quraşdırlıb.

Qeyd edək ki, parlamentdə çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra restoranlarda akustika sisteminin normal qurulmadığını bildirib. Bununla bağlı tədbir görülməsini təklif edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA