Köhnə işıqpulu borcu silinəcək?.. - “Azərişıq”dan açıqlama

img

01-02-2018 [11:27]


Son günlər yayılan məlumatlarda elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdə borclanan abonentlərin borclarının silinəcəyi bildirilir.

Mia.az xəbər verir ki, "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi MustafayevModern.az-a deyib ki, bu, təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ deyil: "Biz icraedici orqanıq. Göstərişləri icra edirik”.

Onun sözlərinə görə, elektrik enerjisindən istifadəyə görə borclu olanların sayı o qədər də çox deyil: "Belə bir məsələ gündəmdə deyil”.

Qeyd edək ki, ölkə prezidentinin göstərişinə əsasən, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu silinmişdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA