“Haralısan, harada işləyirsən, tanışın varmı” sualını verib cərimələdi - Mingəçevir DYP-dən şikayət

img

31-01-2018 [20:31]


Yevlax rayonu, Tanrıqulular kənd sakini Camal Camalzadə Mingəçevir şəhər Yol Patrul Xidmətinin əməkdaşından şikayət edib. 

Mia.az-ın elektron poçtuna göndərilən müraciəti təqdim edirik: 

"Mingəçevir şəhər Yol Patrul Xidmətinin baş inspektoru polis leytenantı Sultanov Samir Nazir oğlu 24.01.2018-ci il tarixdə Mingəçevir şəhəri 20 yanvar küçəsi ilə N. Nərimanov küçəsinin kəsişməsində mənim idarə etdiyim 90-LL-446 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəmi saxladaraq heç bir əsas göstərilmədən mənə protokol tərtib edib.  Əsas şikayətim polis əməkdaşının mənim avtomobilimi saxlatdıqdan sonra sənədlərimə baxaraq "sən haralısan, harada işləyirsən, tanışın varmı” suallarını verməyi və təkidlə sən 60.00 (altmış) manat cərimə olunursan deməyidir.

Mən qanunu pozmuşamsa, mənə protokol elektron qaydada yazılırsa, nə üçün mənim avtomobilim saxlanılır və mənə yuxarıdakı suallar verilir. Mən azərbaycanlıyam və bununlada fəxr edirəm. Polis leytinantı S.Sultanov üçün mən, bilmirəm hansı millətdən olmalıyam və ya hansı struktur bölməsində işləməliyəm, və ya tanışım kim olmalıdır ki, mənə cərimə yazmasın.

Məndən cavab görmədikdə port kompüter vasitəsi ilə cərimə yazıldı. Halbuki, xəta törədildiyi yerdədə, məni saxlatmadan da, həmin protokol tərtib edilib elektron DİN-nin informasiya sisteminə yerləşdirilə bilərdi. Tərtib edilmiş protokola elektron informasya sistemində əsas göstərilməmişdir. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əsasən şübhələr vətəndaşın xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci və 100-cü maddəsinin tələbləri gözlənilməmişdir. Qeyd etdiklərimdən məlum olur ki, protokol mənə qərəzli yazılmışdır".

Şikayətçi xahiş edirik ki, ona qarşı edilmiş bu haqsızlıq ictimailəşdirilsin və aidiyyəti qurumlar müvafiq tədbirlər görsün.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA