"Başqa ölkələrin daxili işlərinə müdaxilə çox ciddi məsələdir" - Zaxarovdan daha bir açıqlama

img

31-01-2018 [19:36]


"Daxili işlərə müdaxiləni müəyyən etmək, ictimaiyyətə çatdırmaq və bunu olduqca ətraflı etmək lazımdır".

Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rusiya və Azərbaycan daxili işlərinə qarışılması və prezident seçkiləri öncəsi göstərilən təzyiqlə necə mübarizə aparmalıdır" sualına cavabında deyib.

O bildirib ki, bu, çox ciddi məsələdir: "Eləcə də, daxili işlərə müdaxilə ilə bağlı məlumatları müvafiq ixtisaslaşmış beynəlxalq strukturlara təqdim etmək lazımdır, hansı ki, bu strukturlar sadəcə müəyyən etməklə deyil, belə müdaxilələrə reaksiya verməklə məşğuldurlar. Burada resept sadədir".

APA




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA