Türkiyə ordusundan PYD-yə daha bir sarsıdıcı zərbə: Kurni dağı və bir neçə kənd azad edildi, növbədə isə...

img

31-01-2018 [16:59]


Türkiyə ordusu bu gün Afrin bölgəsində strateji əhəmiyyətli Kurni dağı və ətraf kəndləri PKK/PYD terrorçularından tamamilə təmizləyib.

Mia.az xəbər verir ki, bu barədə TRT kanalı canlı yayımda məlumat  yayıb.

Bildirilib ki, Türkiyə ordusunun dəstək verdiyi Azad Suriya Ordusu ilə birlikdə həyata keçirilən əməliyyatda Kurni dağı terrorçulardan tamam azad edilib: "Dağın ətəyində yerləşən kəndlər və Afrinə gedən yollara da nəzarət bərpa olunub".

Əməliyyat zamanı Türk ordusunun şəhid vermədiyi bildirilir.

Məlumatda o da qeyd olunub ki, hazırda qırıcı təyyarələr və toplar Darmık dağını bombalayır: "Tanklar və ordu birlikləri isə hazır vəziyyətdə bombardmanın bitməsini və bu dağı da terrorçulardan təmizləmə əmrini gözləyirlər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA