Makron Dağlıq Qarabağa səfər edəcək - "Status-kvo” problemin həlli deyil

img

31-01-2018 [15:24]


"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək".

Bunu Fransa prezidenti Emmanuel Makron Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində deyib.

Çıxışında "erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan E. Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və "status-kvo” problemin həlli deyil.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə dəvət olunan E. Makron bir gün bu səfəri gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA