Səməd Seyidov və Peruca Universitetinin rektoru Stefania Giannini ilə müqavilə bağlayacaq

img

16-09-2010 [02:29]


Azərbaycan Dillər Universiteti (ADU) Peruca Universiteti ilə əlaqələrini genişləndirir. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın MİA-ya verdiyi məlumata əsasən, sentyabrın 17-də Azərbaycan Dillər Universiteti (ADU) və İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləni ADU-nun rektoru, professor Səməd Seyidov və Peruca Universitetinin rektoru Stefania Giannini imzalayacaqlar. ADU ilə Peruca Universiteti arasında mövcud əməkdaşlığı əks etdirən bu müqavilə imzalanmış cari müqavilənin müddəti bitdiyi üçün əməkdaşlığı davam etdirmək məqsədilə yenidən imzalanacaq. Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminarlar, dərslər, görüşlər, konfranslar keçirmək və elmi araşdırmaları inkişaf etdirməkdir. Eyni zamanda ADU və Peruca Universiteti arasında müəllim və tələbə mübadiləsini artırmaq, bakalavr və magistrların xaricdə təhsil proqramlarında və yay məktəblərində iştirak etmələrinə şərait yaratmaqdır. Nəzərinizə çatdıraq ki, Dillər Universitetində İtalyan dili, mədəniyyəti, siyasəti, iqtisadiyyatı, tarixi, coğrafiyası və digər mövzularda müəllim, tələbələr və digər maraqlanan şəxslər üçün kurslar təşkil olunacaq. Bu addım bilavasitə Azərbaycanda İtalyan dilinin və mədəniyyətinin təbliğinə xidmət edəcəkdir. Qeyd edək ki, görüşdə İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi iştirak edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA