Polisə güllə atdılar, yaralandı - Gəncədə silahlı insident (Yenilənib)

img

31-01-2018 [11:45]


Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

*** 

Gəncə şəhərində işdən evinə qayıdan polis əməkdaşına odlu silahdan atəş açılıb. Hadisə bir neçə gün öncə gecə saatlarında baş verib. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyününserjantı Əhmədov Natiq Camal oğluna Yeni Gəncə qəsəbəsində naməlum şəxstərəfindən odlu silahdan atəş açılıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni tördən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, hadisə törədilən zaman N.Əhmədov vəzifə başında olmayıb və mülki geyimdə olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA