Suriyanın ərazi bütövlüyü pozulmayacaq, savaş bitir, yeni birləşdirici qurum yarandı - Soçi toplantısından ilk bəyanat

img

30-01-2018 [22:09]


Bu gün Suriyadakı daxili savaşın həll üçün keçirilən Soçi toplantısında bəyanat verilib.

Mia.az xəbər verir ki, hələ də tam açıqlanmayan bəyanatda toplantıda iştirak edən bütün tərəflər Suriyanın ərazi bütövlüyünə qərar veriblər: "Suriyanın ərazi bütövlüyü pozulmayacaq və xalq öz gələcəyinə seçki ilə qərar verəcək. Etnik və dini kökəninə baxmayaraq, bütün Suriya xalqı eyni hüquqa sahib bərabər insanlardır".

Toplantıda savaşın dərhal sona çatdırılmasının vacibliyi də vurğulanıb.

Toplantıda ölkəni yenidən bütövləşdürmək üçün Ali Qanun Komitəsi yaradılıb: "Komitədə Suriya rejimi ilə yanaşı, müxailif və müstəqil hərbi qüvvələr, o cümlədən əşirət liderləri təmsil olunacaqlar".

Bəyanatda yeni yaradılan komitə ilə bağlı bəzi nüansların BMT-nin təşəbbüsü ilə Cenevrədə keçiriləcək toplantıda həllini tapacağı bildirilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA