"Sumqayıtda 13 yaşlı qızın ərə verilməsi faktı qeydə alınmayıb" - DİN-dən AÇIQLAMA

img

30-01-2018 [17:52]


"Xəbərlə.com saytında 29 yanvar 2018-ci il tarixli "Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR" sərlövhəsi ilə dərc olunan yazıda qeyd olunan məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin göstərişi ilə Sumqayıt şəhər Polisi İdarəsində dərhal araşdırma aparılıb və belə bir faktın ümumiyyətlə olmadığı məlum olub".

Bu sözləriXeberle.com-aaçıqlamasında DİN-in Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib. E. Zahidovun sözlərinə görə, belə açıqlama ilə çıxış edən "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva Sumqayıt şəhər Polis İdarəsinə dəvət olunub və onunla yazıda qeyd olunan məsələlərlə bağlı söhbət aparılıb: "Z. Mustafayeva ilə aparılan söhbət zamanı məlum olub ki, onda Sumqayıt şəhərində 13 və 14 yaşlı qızların ərə verilməsi ilə bağlı konkret faktlar yoxdur. O, bildirib ki, sayta verdiyi açıqlamanı eşitdiklərinə əsasən söyləyib. Z. Mustafayeva peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyinə söz verib."

Xatırladaq ki, saytımızda ötən gün "Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR" başlığı altında yazı dərc olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA