Səfirlik: "Tbilisi metrosunda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur"

img

30-01-2018 [17:22]


"Tbilisi metrosunun "Varketili” stansiyasında tavanın uçması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”.
 
Bunu APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyinin 3-cü katibi Samirə Ağayeva deyib.

 "Xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat almamışıq. Səfirlikdə qəbul açıqdır. Azərbaycan vətəndaşlarının xəsarət almaları ilə bağlı səfirliyə hələ heç bir müraciət daxil olmayıb”, - deyə S.Ağayeva əlavə edib. 

Qeyd edək ki, Tbilisi metrosunun "Varketili” stansiyasında bu gün səhər saatlarında tavanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA