30-01-2018 [11:46]
"Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb".
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV əməkdaşlarına mənzillərin açarlarının təqdimatı mərasimində deyib.
Ə.Həsənov qeyd edib: "Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanın media siyasəti iflasa uğrayıb. Məgər öz dövlətinin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə dövlət qayğısı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər qəbahətli bir haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlik sözün həqiqi mənasında humanist siyasəti deyil, illərdir ki, milyonlarla, on, hətta yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb".
Prezidentin köməkçisi vurğulayıb ki, iflasa uğrayan illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə xərcləyərək, başqa ölkələrin media nümayəndələrini öz təsiri altına salmaqla öz dövlətinə, dövlətçiliyinə və milli maraqlarına qarşı istifadəyə etməyə çalışanların siyasətidir:
"Həmin "qrant mediası”nın dırnaqarası "dəyərli" nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq bu günlərdə aparıcı ölkələrin – Fransa, Almaniya, Britaniya və İtaliyanın parlamentləri qarşısında "Non TAP” aksiyası, yəni Azərbaycanın strateji marağı olan "TAP layihəsinə "yox" deyək” aksiyası keçirmək istəyirlər. Budur qrant siyasətini həyata keçirənlərin bəzi Azərbaycan jurnalistlərindən formalaşdırdığı vətəndaşlar. Belə jurnalistlərin mövcudluğu və bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil".
Ə.Həsənov bildirib ki, Azərbaycan mediasının təməli sağlam qoyulub: "Azərbaycanda media siyasətinin iflasa uğradığını, müstəqil medianın məhv olduğunu deyənlər baxıb görsünlər ki, Azərbaycanda bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa dövlət qurumu varmı? Azərbaycan bəlkə bölgənin yeganə və ilk dövləti idi ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək jurnalistlərin bütün məsuliyyətini, bütün öhdəliyini, bütün yaradıcılıq normalarını onların özlərinin yaratdığı ictimai qurum – Mətbuat Şurası vasitəsilə tənzimləmə mexanizmini tövsiyə etdi. Bu gün Azərbaycan dövləti sizə yardım edir. Siz bu yardımı qəbul edə də bilərsiniz, etməyə də. Azərbaycan dövləti sizin bəlkə çox çətinliklə, bəlkə heç vaxt ala bilməyəcəyiniz mənzil tikib sizə təklif edir. Siz bu mənzili ala da bilərsiniz, almaya da. Bunu hansısa dairələr Azərbaycan mediasının iflası kimi dəyərləndirirsə, əlbəttə, bu, çox böyük qəbahətdir".
O əlavə edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ümummilli lider Heydər Əliyevin media siyasətini davam etdirib:
"2004-cü ildən bu günə qədər İlham Əliyevin prezident kimi mediaya qayğısından kim ziyan görüb, kim öz media müstəqilliyini itirib? Qətiyyən belə deyil. Cənab Prezident bu günlərdə Davosda çıxışı zamanı da qeyd etdi. Kim hesab edirsə ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, digər vətəndaş hüquqları, ictimai normalar pozulur, buyursun, biz onlarla açıq dialoqa hazırıq. Bunun qətiyyən heç bir əsası yoxdur. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bir konseptual platforma üzərində quruldu. Kimə və nəyə yardım göstərildiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur. Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Bu qrantların və dövlətin yardımının nəticələrinin nə olduğunu hamı yaxşı bilir, əlavə izah verməyə ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü informasiya siyasətini, media siyasətini, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik”.
qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi