30-01-2018 [10:02]
"Yeni gömrük-tarif sisteminin hazırlanması zamanı istehsalda istifadə olunan, istehsalı olmayan xammal və materiallar üzrə gömrük idxal rüsumlarının dərəcələri "0” faizə, kifayət qədər istehsalı olmayan mallar üzrə gömrük idxal rüsum dərəcələri isə 15 və 10 faizdən 5 faizə endirilib”.
Mia.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Trend-ə müsahibəsində deyib. O, bildirib ki, ölkədə istehsal potensialı olan məhsullara maksimum gömrük idxal rüsumları müəyyənləşdirilib, bir sıra həssas məhsullar üzrə isə gömrük rüsum dərəcələri spesifik rüsumlar formasında saxlanılıb: "Kənd təsərrüfatı, ağır sənaye və maşınqayırma sektorlarında vertikal inteqrasiya yanaşmasının tətbiqi gəlirlərin artırılmasından idxaldan asılılığın azaldılmasına qədər bir çox iqtisadi faydalarla nəticələnəcək. Həm yerli tələbatın ödənilməsi, həm də regional baxımdan potensialı olan mal və materialların istehsalı artırılacaq.
Bununla yanaşı, qeyd edim ki, Azərbaycanda daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəzərə alınmaqla, ixracyönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi davam etdiriləcək”.
A. Əliyev sərhəd keçid məntəqələrindəki problemə də toxunub: "Azərbaycan və Gürcüstan arasında Sadıxlı-Mtkvari dövlət sərhədinin buraxılış məntəqəsinin yaxınlığında yeni buraxılış məntəqəsinin tikilməsi Gürcüstanla razılaşdırılıb. Eyni zamanda, inşa edilməsi nəzərdə tutulan gömrük-sərhəd buraxılış məntəqəsinin dəqiq koordinatlarının Gürcüstanla razılaşdırılması üçün müraciət edilib.
Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə pomidor məhsullarının ixracında yaranan məsələlərin müzakirəsi məqsədilə ötən ilin 5 may tarixində ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində pomidor istehsalçıları və ixracatçıları ilə Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Bununla yanaşı, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və qarşılıqlı fəaliyyət əsasında əlaqələndirmə işlərinin daha da təkmilləşdirilməsi üçün "Dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidi ilə bağlı hərəkət zolaqlarının müəyyən edilməsi və hərəkət axınının idarə edilməsi üzrə Texnoloji Sxem” hazırlanıb, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətilə razılaşdırılaraq müvafiq qaydada xidməti istifadəyə yönləndirilib.
Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrində iş saatları artırılıb və keçid məntəqələrinin iş rejiminin 24 saata qədər artırılması ilə bağlı aidiyyəti işlər həyata keçirilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi