“Əsgərin dərmanını verməyən o adamı nazir azad etdi, siz isə..." - Direktorla həkimlər arasında şok qalmaqal + VİDEO

img

29-01-2018 [14:59]


Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu. Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı.

Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

Bu hadisədən sonra Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yeni şöbə rəisləri və bəzi həkimlərə töhmət, bir neçə həkimi isə vəzifəsindən azad edib. 

Məsələ ilə bağlı həkimlər öz narazılığını bildiriblər.

İclasda həkimlərlə direktor arasında qalmaqal yaşanıb. Həkimlərdən bir neçəsi direktoru və ətrafını qanunsuzluqda ittiham edib.

Arif adlı həkim isə deyib ki, töhmətlə razı deyil: "Sizin ətrafınızda ikitirəlik yaradıb. Sizin o cərrahiyyə şöbəsinə müdir təyin etdiyiniz Faiqi cənab nazir niyə işdən çıxarmışdı? Çünki erməni ilə sərhəddə döyüşən əsgərin dərmanını verməmişdi. Siz isə ona yenidən vəzifə verdiz...".

Digər bir xanım həkim isə konkret faktlarla direktoru sual yağışına tutub... 

Həqiqət Qədirova isə həkimlərə xəbərdarlıq edərək bu sözləri deyib: "Buranı bazara çevirməyin!”/unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA