Komitə sədri Prezidentə hesabat verdi: "Rusiya tərəfi inandı ki, ixrac olunan pomidorlar Türkiyə istehsallı deyil"

img

29-01-2018 [14:06]


2018-ci ildə Azərbaycan pomidorlarının Rusiyaya ixracı üzrə problem olmamalıdır.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

A.Əliyev qeyd edib: "Ötən il Rusiyaya pomidor ixracı ilə əlaqədar müəyyən çətinliklərlə üzləşdik. Bu, ilk növbədə, Rusiya tərəfinin Türkiyə pomidorlarının idxalına qadağa qoyması ilə bağlı idi. Biz ötən il ərzində rusiyalı həmkarlarımızla bir neçə dəfə görüşdük. Sonuncu belə görüş sentyabrda baş tutdu. Biz sübut edə bildik ki, Azərbaycana Türkiyə pomidorlarının Rusiyaya yenidən ixracını təşkil etmək iqtisadi cəhətdən sərfəli deyil".

DGK sədrinin fikrincə, cari ildə Rusiyaya pomidor ixracı ilə bağlı ciddi problem yaşanmamalıdır: "Lakin əgər oxşar problem baş versə, komitə bu məsələni həll etməyə hər an hazırdır. Rusiya tərəfi ötən il inandılar ki, ixrac olunan pomidorlar Türkiyə istehsallı deyil".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA