Hacıbala Abutalıbov daha bir səlahiyyətini itirdi - Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi

img

29-01-2018 [11:51]


Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsi ləğv olunduğunu elan edib.

Mia.az lent.az-a istinadən xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.

Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan Reklam və İnformasiya İdarəsi isə qanunvericiliyə müvafiq olaraq, Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA