28-01-2018 [23:20]
Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin keçmiş üzvü Etibar Məmmədov haqqin.az-a açıqlamasında İdarə Heyətinin başqa keçmiş üzvü Zərdüşt Əlizadənin 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı dediklərinə münasibət bildirib.
Etibar Məmmədov hesab edir ki, Zərdüşt Əlizadə tarixi faktları təhrif edib: "Əgər Əlizadə unudubsa, onda mən ona xatırladıram: Sovet qoşunlarına qarşı intifada (silahlı mübarizəyə-red.) birinci çağıran məhz o idi. Əgər onun yaddaşı belə qısadırsa, onda ona başqa bir faktı da xatırladıram: Azərbaycanda qanuni hakimiyyəti ilk dəfə Lənkəranda onun silahdaşı Əlikram Hümbətov devirdi və regionun başçısı oldu, sonra bu ssenari üzrə respublikanın 17 başqa rayonunda da qanuni hakimiyyəti zəbt edildi”.
E.Məmmədov qeyd edib ki, əslində onda AXC seçkilərə hazırlaşırdı, qarşıdurmaya yox. Amma SSRİ-nin və respublikanın rəhbərliyindəki müəyyən güclər bu hərəkatın yolunu dəyişdirə bildilər: "Bunu təsdiq edən sənəd var. 30 dekabr 1989-cu il tarixində Bakıda keçirilən mitinqdəki çıxışımın stenoqramını təqdim edə bilərəm, harada ki, mən aydın şəkildə demişəm: "biz seçkilərə gedirik və bizdə qarşıdurmaya getmək niyyəti yoxdur”. Əlizadə deyir ki, biz gündəlik mitinqlər təşkil edirdik, ancaq o burada da unudur ki, AXC-nin həmin mitinqlərə ümumiyyətlə heç bir aidiyyəti yox idi.
Mitinqlər müəyyən insanlar tərəfindən təşkil edilirdi, hansılar ki, Cəbhə ilə heç bir əlaqəyə malik deyildilər. Bəs hakimiyyət onları niyə qovmurdu? Bu sualı SSRİ-nin və respublikanın o vaxtkı rəhbərlərinə ünvanlamaq daha yaxşı olardı. Bizdə bir hədəf var idi – seçkilərdə qanuni yolla qalib gəlmək. Və yeri gəlmişkən, biz onda Baltikyanı yolu seçmişdik və bütün fəaliyyətimiz seçki prosesinə yönəldilmişdi. Və əgər Ali Sovet seçki qanununu qəbul etsəydi, onda artıq iki-üç aydan sonra seçkilər olardı. Amma Qorbaçovun başçılığı ilə SSRİ-nin o vaxtkı rəhbərliyi, 1990-cı ilin yanvarında təxribat təşkil edib, bizim bütün planlarımızı pozdu. Bundan başqa, həmin ərəfədə Nemət Pənahlı və başqaları kimi radikal fəallar, həmçinin Zərdüşt Əlizadə öz adamları ilə Cəbhənin İdarə Heyətindən getmişdilər. İndi ondan soruşmaq istəyirəm: bir halda ki, o, radikal metodlara qarşı idi, onda Lənkəranda qanuni hakimiyyəti zəbt edən silahdaşı Əlikram Hümbətovu niyə dayandırmadı və hətta bu addımı qınamadı?".
E.Məmmədovun dəmir yolundakı tətillərə də öz baxışı var və o, Z.Əlizadədən fərqli olaraq hesab edir ki, bu həmin dövr üçün bəraət qazanmış mübarizə metodu idi.
"Bu tətillərlə biz müəyyən hədəfləri təqib edirdik: birincisi, respublika hakimiyyətinə təzyiq göstərirdik ki, onlar müstəqillik haqqında Konstitusiya qanununu qəbul etsinlər. İkincisi, istəyirdik ki, Ermənistanın blokadası təşkil olunsun, çünki respublikamıza qarşı təcavüzkar hərəkətlərə təşəbbüs göstərirdi. Bu hədəflərə də nail olunmuşdu: artıq sentyabrda müstəqillik haqqında Konstitusiya qanunu qəbul edilmiş və Volskinin başçılığı ilə fəaliyyət göstərən Xüsusi İdarəetmə Komitəsi buraxılmışdı. Bu tətillər olmadan, SSRİ-nin və respublikanın o vaxtkı rəhbərliyinin bu addımlara getməyəcəyini isə Əlizadə özü də etiraf edir", – E.Məmmədov vurğulayıb.
Və axırda o, Zərdüşt Əlizadəyə məsləhət görüb ki, "bəzən öz yaddaşını təzələsin və yoxlanılmamış faktları necə gəldi səpələməsin”.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi