Türk ordusu strateji daga bayrağı belə asdı - 37 PYD üzvü məhv edildi, əsir alınanlar var - Afrin əməliyyatı + VİDEO

img

28-01-2018 [16:59]


Türkiyə ordusu bu gün Afrin bölgəsində strateji əhəmiyyətli Burseya dağı və ətrafını PKK/PYD terrorçularından tamamilə təmizləyib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı  (TSQ) rəsmi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun dəstək verdiyi Azad Suriya Ordusu ilə birlikdə həyata keçirilən əməliyyatda 37 PYD terrorçusu məhv edilib, xeyli əsir alınan var: "Hazırda bölgədə minalanmış ərazilər təmizlənməklə yanaşı, şiddətli döyüşlər gedir. Bu dağın alınması isə Afrinin daha tez terrorçulardan təmizlənməsinə səbəb olacaqdır. Bu dağdan Afrinə 14-15 km məsafə var. Artıq quru əməliyyatının önü açılıb".

Onu da qeyd edək ki, TSQ "Zeytun budağı" əməliyyatının 9-cu günü haqda da hesabat xarakterli məlumat yayıb. 

Bildirilib ki, bu günə qədər Afrində 13 kənd, bir kənd boyda yeraltı sığınacaq, 4-ü betonlanmış strateji təpə olmaqla, ümumilikdə 18 strateji yüksəklik ələ keçirilib.





Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA