28-01-2018 [01:03]
Bakıda yeni tikilən binalarda kommunal xərclər o qədər çoxdur ki, sakinlər az qala öz evlərində özlərini kirayənişin kimi hiss edirlər. Çünki müxtəlif MTK-lər tərəfindən tikilən çoxmərtəbəli binalardan mənzil alanlar istifadə etdikləri qaza (əgər varsa), işığa və suya görə pul ödəməklə yanaşı, MTK-lara "ev pulu” ödənişi də etməlidirlər. Şəhərin mərkəzi zonalarında 30 qəpikdən hesablanan "ev pulu” bəzi binalarda hətta kvadrat metrə görə 1-1,5 manata çatır. Bu pulların necə və hara xərcləndiyini isə sakinlər bilmir. Çünki əksər MTK-lar ya bunun hesabatını aparmır, ya da bu barədə sakinlərə heç bir açıqlama vermirlər.
Mia.az xəbər verir ki, Virtualaz.org Bakının müxtəlif ünvanlarında yeni tikilən binalarda "ev pulu” ödənişləri ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, bəzi MTK-lar mənzilin kvadrat metrinə görə deyil, otaqların sayına görə "ev pulu” tələb edirlər. Aralarında insaflı çıxıb mənzilin eyvanını ümumi sahəyə aid etməyənlər də tapılır. Məsələn, "Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən "RUH” MTK-da yaşayan sakinlər eyvanı çıxmaqla hər kvadratmetr mənzil sahəsinə görə 36 qəpik pul ödədiklərini deyirlər.
35 manat, 45 manat, hətta 55 manat...
Yasamal rayonu, "Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən "ANT MTK"-ya məxsus binada yaşayan sakinlər isə otaqların sayına görə hesablanan "ev pulu” ödənişi edirlər. 2 otaqlı mənzillər üçün ayda 35 manat, 3 otaqlılar üçün 45, 4 otaqlılar üçün isə ayda 55 manat mənzil haqqı müəyyənləşdirilib. Binəqədi rayonu, M. Kazımovski küçəsində yerləşən "Zaman” Elmi İstehsalat Müəssisəsinə məxsus binada isə mənzilin hər kvadrat metrinə görə hesablanan "ev pulu” 30 qəpikdir.
Xətai rayonunda yerləşən "Hidayət-N” MTK-da da isə ev pulu otaq sayına görə hesablanır. Məsələn, 3 otaqlı mənzil sahibləri 30 manat ödəniş edirlər. Metronun "Gənclik" və "Nərimanov" stansiyaları yaxınlığındakı yeni tikilən binalarda da ev pulu qiymətləri 25-50 qəpik arası dəyişir.

"500 manatdan pul yığıb özümüzə lift aldırdılar”
Nəsimi rayonu, Feyzulla Qasımzadə 4 ünvanında yaşayan Məryəm Seyidova deyir ki, yaşadıqları "Kristal A” MTK-ya məxsus çoxmərtəbəli binada onlardan hər kvadrat metrə görə 29 qəpikdən hesablanan "ev pulu” alınır. Amma bu məbləği kimin təyin etdiyi məlum deyil. Üstəgəl də, toplanan məbləğin hara xərcləndiyi bina sakinlərinə bəlli deyil.
"Bizim mənzilimiz 140 kv metrdir, buna görə MTK aylıq 40 manat ödəniş tələb edir. Amma bu pulun hara xərcləndiyindən xəbərimiz yoxdur. Normalda bu pul lift, zibillərin atılması və digər xidmətlər üçün istifadə olunmalı idi. Bizdə isə lift neçə ildir bərbad vəziyyətdədir. Bir müddət əvvəl isə yeni lift almaq üçün sakinlərdən 500 manatdan pul yığdılar. Sonra liftdən istifadə üçün adambaşına 10 manata kart da satdılar. Doğrudur, lift üçün toplanan pulu hamı vermədi. Sonra da kart sistemini ləğv elədilər və lift yenə əvvəlki kimi istifadəyə açıq oldu. Yəni kefləri istəyən qaydanı qoyurlar və onu tətbiq edirlər”, - deyə şikayətçi bildirir.

Ekspert deyir ki, əslində yeni tikilən yaşayış binalarının idarə olunması ilə bağlı qanunvericilikdə, Mənzil Məcəlləsində konkret müddəalar nəzərdə tutulub və orada idarəetmə formaları göstərilib: "İdarəetmə formaları arasında Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləri, kooperativlərin idarəedilməsi forması, bələdiyyələr tərəfindən idarə edilmə formaları nəzərdə tutulub. Təəssüflər olsun ki, ötən il Mənzil Məcəlləsinə dəyişiklik edildi və kooperativ binalarda yaşayan sakinlərin hüquqlarını bir qədər məhdudlaşdırıldı. Yeni qanunverdiciliyə görə, kooperativ binalarda yaşayan sakinlər evə "Çıxarış” aldıqdan sonra bu prosesi həyata keçirə bilərlər”
Lakin təyin olunan "ev pulu” məbləğinə gəlincə isə, ekspert deyir ki, bu bina sakinlərinin birgə razılığı əsasında olmalıdır. Onun sözlərinə görə, qanunvericilikdə birmənalı şəkildə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin kommunal vəsaitləri yığılarkən mənfəət götürülməsinə qadağa qoyulub. Yəni yığılan vəsaitlər binanın saxlanmasına xərclənməlidir. Bu zaman orada çalışan ayrı-ayrı şəxslərə əmək haqqı verilə bilər, amma əsas pul binanın təmirinə, həyətin abadlaşdırılmasına və sair xərclənir. R. Osmanlı hesab edir ki, bu məbləğin dövlət tərəfindən tənzimlənməsi düzgün deyil.

"Məbləğ müəyyənləşdirilərkən mütləq şəkildə həmin binanın sakinlərinin birgə razılığı nəzərə alınmalıdır.
Hətta elə adam var yaşadığı 4 ilin ancaq 6 ayını ödəniş edib. Əslində bizdə təkcə binanın elektrik enerjisinə aylıq 800-1200 manat arası pul xərclənir. Bunun bizdə qəbzləri də var. Həyətin suvarılması üçün bizə satılan suyun hər kub metri 1 manatdan hesablanır. Yay aylarında gündə 400 kub metrə qədər su işlədirik. Liftin bir detalının düzəldilməsi orta hesabla 500-1000 manatdır. Binanın xadimələrinin və komendantın maaşına ümumilikdə 1000 manat xərclənir. İşıqların, elektrik lampalarının xərcləri də 500 manatı ötür. Əslində hesablasaq, sakinlərdən aldığımız hər kadrat metrə görə 30 qəpik bizim xərclərimizi zorla ödəyir. Hələ planlaşdırılmayan xərclər də var”, - deyə komendant bildirir.
Görünən odur ki, Bakının günü-gündən artan çoxmənzilli yaşayış binalarının idarə edilməsi mexanizmində ciddi qüsurlar var və sakinlərdən yığılan pulların necə, hara xərcləndiyinə dair suallar açıq qalır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi