ABU Tibb Mərkəzinin fəaliyyəti dayandırıldı

img

15-09-2010 [05:38]


Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Tibb Mərkəzinin fəaliyyətinə xitam verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ABU Tibb Mərkəzində Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılan baxış zamanı xəstəxananın tibbi fəaliyyətində bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkar edilib. "Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən ABU Tibb Mərkəzinə verilən lisenziyanın fəaliyyəti 7 iyun 2010-cu il tarixli sərəncamla dayandırılıb?, - deyə nazirliyin mətbuat xidmətinin əməkdaşı vurğulayib. Qeyd edək ki, 07.07.2010-cu il tarixində ABU Tibb Mərkəzinin binasının sökülməsinə cəhd edilib. Lakin sonradan söküntü işləri dayandırılıb. Dövlət rəsmiləri o zaman Tibb Mərkəzinin qeyri-qanuni olaraq söküldüyünü bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA