27-01-2018 [14:23]
Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası "Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Baş Prokurorluğunun onun barəsində cinayət təqibinə başlaması xəbərinəmünasibət bildirib.
M. Kazımi APA-ya açıqlamasında sözügedən cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edib.
"Guya Gürcüstan Baş Prokurorluğu Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında "Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi barəsində cinayət təqibinə başlayıb. Mən tibb sahəsində olan fəaliyyətimlə Azərbaycan səhiyyəsinə yenilik gətirmişəm və bu iş ilə Azərbaycan Respublikasının adını Avropa qaraciyər transplantasiyası reyesterinə yazdırmağı bacarmışam. Ancaq bütün bu naliyyətlər heç də o demək deyil ki, mən hansısa məsuliyyətdən boyun qaçırmalıyam. Qanun qarşısında hamının bərabər olduğu prinsipini əsas tutaraq, sözügedən cinayət işində heç bir məsuliyyətimin olmadığını bəyan edirəm. İndi isə barəmdə yayılan xəbərin yalnışlığı ilə bağlı dəlilləri ortaya qoymaq istəyirəm. Dünən mən bu məsələni araşdırdım. Məlum oldu ki, vətəndaşı olduğu ölkənin cinayət məcəlləsinin müxtəlif maddələrlə ittiham edilən Fərman Ceyranlının Gürcüstanda növbəti məhkəməsi olub. Düşdüyü kritik durumdan qurturmaq üçün o heç bir ciddi əsas olmadan məhkəmədə mənim də adımı hallandırıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən orada qaraciyər transplantasiyası əməliyyatında iştirak etmişəm.
Aldığım məlumata görə, təyin olunan ekspertiza da tibbi olaraq hər hansı bir xətanın olmadığı barədə rəy verib. Yəni, Fərman Ceyranlının məsuliyyətə cəlb olunması ilə mənim etdiyim əməliyyatların heç bir əlaqəsi yoxdur. Qaldırılan iddiaların başlıca mahiyyəti xəstələrin Fərman Ceyranılda maddi təzminat tələbi ilə bağlıdır.
Tam məsuliyyətilə bildirirəm ki, mənim sözügedən prosesdə adları hallanan xəstələrlə heç bir pul alış-verişim olmayıb. Bütün bu işlərdə Fərman Ceyranlı təqsirləndirilir. Hazırda həmin şəxs məsuliyyətdən yayınmaq üçün günahını mənim üzərimə atmaq istəyir. Eyni zamanda, qeyd edim ki, dünən keçirilən məhkəmə prosesində mənimlə bağlı heç bir həbs qərarı verilməyib. Gürcüstan qanunvericiliyinə görə, şəxs barəsində həbs qərarını prokurorluq deyil, məhkəmə verir. Fərman Ceyranlı və onun müdafiəçiləri əsassız yerə məhkəmədə mənim adımı hallandırdıqlarına görə, prosesdə iştirak edən dövlət ittihamçısı məhkəmə qarşısında mənim həbs edilməyimlə bağlı vəsatət qaldırıb. Məhkəmə isə həmin vəsatəti təmin etməyib.
Qeyd edim ki, mən Fərman Ceyranlı ilə bağlı aparılan cinayət işinin detalları ilə tam tanış deyiləm”, - M. Kazimi vurğulayıb.
Cərrah – transpantoloq ibtidai istintaq zamanı bu iş üzrə onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını da qeyd edib: "Gürcüstan dövlətinin rəsmi qurumları tərəfindən istintaqda ifadə vermək üçün mənə hər hansı bir bildiriş göndərilməyib. Məhkəmənin son proseslərilə bağlı məlumat aldım ki, Fərman Ceyranlı prosesdə əsassız yerə mənim adımı hallandırır və bu səbəbdən də özümə Gürcüstanda vəkil tutdum. Dünənki prosesdə mənim nümayəndəm kimi həmin vəkil də iştirak edib. Məhkəmə prokurorluğa və mənim müdafiəçimə öz aralarında danışıq aparmağa dair tapşıqıq verib və deyib ki, son qərar barədə onlar məlumatlandırılsın. Burada söhbət mənim məhkəmə istinaqına ifadə verməyimdən gedirsə, mən həmin materiallarla tanış deyiləm. İşlə tanış olduqdan sonra lazımi hüquqi addımları atacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi