Nazirlikdən ixtisar xəbərinə reaksiya: "Telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi..."

img

26-01-2018 [22:27]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır.

FED.az xəbər verir ki, bunu  "Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı məsələyə cavab olaraq nazirlikdən bildiriblər.

Nazirlikdən qeyd edilib  ki, "Baktelekom" ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir:

"Hazırda "Baktelekom"da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA