AiDP sədri: ?Quranı yandırma sifarizi ABŞ hökumətindən gəlib?

img

15-09-2010 [02:46]


Floridalı keşiş Tomas Consun Quranı yandırmaq niyyyəti və ardınca onun həmkarlarının bu niyyəti gerçəkləşdirməsi Azərbaycanda da ciddi narahatlıq və narazılıq yaradıb. Bu alçaq hərəkətə qarşı dindarlarımız kəskin münasibət sərgiləyirlər. Məsələ ilə bağlı münasibət bildirən AİDP sədri hacı Tahir Abbaslı MİA-ya deyib ki, bu hadisə 11 sentyabr hadisələrinin ildönümündə qisas almaq niyyəti ilə edilsə də arxasında sıravi keşişlər dayanmır. AİDP sədri Quranı yandırma göstərişin daha yuxarıdan, ABŞ hakimiyyətindən gəldiyini deyir: ?Hesab edirəm ki, ABŞ-da Müqəddəs Quran kitabının yandırılması və cırılması aksiyaları bu ölkə hakimiyyətinin İslam dünyasına olan münasibətin və siyasətin tərkib hissəsidir. Bu hadisənin əsas mahiyyəti, müsəlman dünysına qarşı yürütdükləri syasətə bəraət qazandırmaqdır. Hesab edirəm ki, oyuna sadə Amerika xalqını qoşmaq niyyətinin arxasında müsəlman ölkələrində törədiləcək yeni faciələr ört-basdır edilib. Bu hadisə bir daha göstərdi ki, dünyaya ağalıq etmək istəyənlər artıq başlarını itiriblər və Allahı danmaqla bərabər, ona qarşı müharibə elan edirlər. Bu hadisə bəşəriyyətə ədalət və demokratiya dərsi keçənlərin iflası və Quran qarşısında acizliyini göstərdi. Hesab edirik ABŞ hökuməti tezliklə müsəlmanlardan üzr istəməli, hadisə iştirakşılarını cəzalandırmaqla bərabər, təzminat verməlidir. Əks təqdirdə müsəlman ölkələr ABŞ ilə siyasi, iqtisadi və hərbi əməkdaşlıqlara son qoymalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA