Məktəblərin həyətində şagirdlərə konfet formasında narkotik vasitələr paylanılır? - Rəsmi açıqlama

img

26-01-2018 [10:39]


Təhsil Nazirliyi orta məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə yayılan məlumatlara münasibət bildirib.

Mia.az trend- istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov indiyədək heç bir məktəbdə uşaqlara konfet formalı vasitələrin paylanılması halı qeydə alınmadığnı bildirib: 
"Belə məlumatların heç bir əsası yoxdur, cəfəngiyyatdır".

Qeyd edək ki, dünəndən "WhatsApp" messenceri vasitəsilə insanlara məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə məlumatlar göndərilir. Məlumatlarda deyilir ki, Bakının 23 saylı orta məktəbində şagirdlərə belə "konfet"lər paylanılıb. Ağızda şişərək partlayan bu vasitənin digər məktəblərdə də şagirdlərə paylanılması təhlükəsinin olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA