"Dağlıq Qarabağ münaqişəsinin həllində effektivliyi artırmaq lazımdır" - Zaxarova

img

25-01-2018 [17:37]


"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyi deyil, effektivliyi yüksəltmək lazımdır. Hesab edirəm ki, hər kəs də bununla məşğul olacaq", - deyə Rusiya XİN-in sözçüsü erməni jurnalistin Rusiyanın il ərzində həmsədr kimi aktivliyini artırıb-artırmayacağı ilə bağlı sualına cavabında söyləyib/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA