Bayılda sakinlər yolu bağlamaq istəyirlər - "Ərazini ucuz almaq üçün sürüşmə oyununu ortaya atıblar"

img

25-01-2018 [14:59]


Bayıl yamacında bir qrup sakin etiraz əlaməti olaraq yolu bağlamağa cəhd edib.

Mia.az xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan jurnalist Elməddin Muradlı məlumat verib. O bildirib ki, insanlar narahatdır, işıq-qaz kəsilib, heç kimi evlərə buraxmırlar.

"Konkret bir söz deyən də yoxdur. Eləcə, gedin məktəbdə gözləyin, qohum evində qalın deyib yola verirlər. Konkret deyilmir ki, sürüşmə var, köcürülür və ya təhlükə yoxdur, gəlin evinizdə qalın. Camaat da buna etiraz edir ki, evsiz-eşiksiz küçələrdə nə vaxta qədər gəzəcəklər? 

İndi də şaiyə yayıblar ki, köcürülımə daha geniş ərazini hatə edəcək, o əraziləri isə tikinti şirkətləri ala-ala gedir. Deyəsən, camaat qiymətlə razılaşmadığı üçün daha ucuz qiymətə ərazini almaq məqsədilə sürüşmə oyununu ortaya atıblar. Dünən dedilər ki, sürüşmə nöqtəsinə aparat qoyulub, bu gün nəticəsi bilinəcək. Bu gün isə heç kimə heç nə deyilmir və bu da camaatı narahat edir. Ona görə etiraz əlaməti olaraq yolu bağlamağa calışırlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA