25-01-2018 [10:17]
"Azərbaycan Prezidenti İlham Əliyevin də sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır. Ancaq buna məhəl qoyulmur. Bizdən heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz".
Mia.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, Masazırdakı "Qır gölü"nün yaxınlığında olan və hazırda aktivləşən sürüşmə sahəsindəki evlərin yerində əvvəl gölün yatağı olub: "Həmin yer maili yamacdır. Vaxtilə orada göl olub. Sonra göl qurudulub və evlər tikilib. İndi isə həmin ərazidə qrunt sularının səthə çıxması halı müşahidə edilir. Qrunt sularının səthə çıxması isə sürüşmə sahəsinin dinamikasına təsir göstərir. Ev tikmək məqsədilə "Qır gölü"nün qurudulması prosesi hazırda da davam edir".
R.Həsənov qeyd edib ki, həmin ərazidə evlərin tikilməsi gələcəkdə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər: "Orada ev tikmək məsləhətli deyil. Çünki bura göl yatağıdır, qurudulur, müəyyən qədər torpaq tökülür. Ancaq gələcəkdə yamacın dik hissəsindən aşağıya doğru qrunt suları, təsərrüfat suları axıdılacaq. Bundan başqa, yamac da dikdir. Gələcəkdə yağış suları da ərazidə toplanacaq. Ona görə də orada evlərin tikilməsi məsləhət deyil. Yaxşı olar ki, göl yatağı olan ərazilərdə, maili yamaclarda ev tikilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınsın".
R.Həsənov əlavə edib ki, vaxtilə göl olan ərazilərdə yaşayış evlərinin tikilməsi halları yalnız "Qır gölü" adlanan yerdə müşahidə edilmir: "Masazır qəsəbəsindəki bir neçə yerdə subasma sahələri əvvəl göl olub. Zaman-zaman onlar qurudulub və yerində ev tikilib. Sonda da əhali belə subasma problemləri ilə üzləşir. Yəni biz təbiətə nə ediriksə, onun da cavabını alırıq. Bunlar hamısı özümüzün yaratdığı problemlərdir".
Qeyd edək ki, hazırda Masazırdakı "Qır gölü" adlanan ərazidə sürüşmə prosesi aktivləşib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi