Bayıldan əhali köçürülür - Müvəqqəti sığınacaq yaradıldı, İcra başçısı hadisə yerində(Yenilənib)

img

24-01-2018 [21:53]


Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.

İcra Hakimiyyətinin mətbuat xidmıtindən Mia.az-a verilən məlumata görə, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər. Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaq yaradılıb. Ərazi polis nəzarətinə götürülüb.

**** 

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün əraziyə baş çəkərək sakinlərlə görüşüb.

İcra başçısı baş nazirin müavini Abid Şərifovun tapşırığına əsasən, əhaliyə göstəriş verib ki, təhlükəsizlikləri üçün evlərində gecələməsinlər. Məlumata görə, artıq 67 ailə sürüşmə zonalı ərazidən köçürülərək qohumlarının evlərinə və 49 saylı orta məktəbə yerləşdiriliblər.

Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA