"Tillerson bir neçə dəfə "Biz Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmirik" dedi" - Çavuşoğlu ABŞ-ın yeni təklifini açıqladı

img

24-01-2018 [19:50]


ABŞ-ın Dövlət katibi Reks Tillerson Fransada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə iki tərəf arasında son aylardakı gərginlik vı Afrin əməliyyatı müzakirə olunub.

Çavuşoğlu deyib ki, Tillerson görüşdə bir neçə dəfə "Biz Türkiyə ilə üz-üzə, qarşı-qarşıya gəlmək istəmirik" deyib: "Mən də dedim ki, biz də belə istəmirik. Əksinə, ABŞ-la birgə bölgədə terrorun kökünü kəsməyə hazır olduğumuzu dedik".

Nazir qeyd edib ki, müzakirələrdə Tillerson Türkiyəyə Suriya ilə sərhədboyu 30 km-lik təhlükəsizlik zonasının yaradılmasını da təklif edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA