Ermənilər Talış kəndində binalar tikir? - Nazirlik ifşa etdi

img

24-01-2018 [16:42]


"Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı erməni tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır”.

Bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilib.

Nazirlikdən bildirilib ki, 2016-cı ilin aprel ayında keçirilən əks-həmlə əməliyyatı nəticəsində Talış kəndi ətrafındakı azad edilmiş yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqelərindən yaşayış məntəqəsi və bu istiqamətdə düşmən müdafiəsinin dərinliyindəki digər strateji əhəmiyyətli kommunikasiya xətləri daim nəzarətdə saxlanılır.

"2016-cı ilin aprel döyüşlərindən sonra ermənilər tikinti işlərini Talış kəndi adı altında cəbhə xəttindən xeyli aralıda, digər ərazidə aparırlar”, - nazirlikdən verilən məlumatda deyilib.

Qeyd edək ki, nazirlikdən təqdim edilən fotolarda Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən aydın görünən Talış kəndidir və burada hər hansı bir tikintinin aparılması müşahidə olunmur. Döyüş mövqelərinə bu qədər yaxın məsafədə olan ərazidə tikinti işlərinin aparılması mümkün deyil.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA