?Gas Infrastructure World Caspian-2010? beynəlxalq konfrans bazlayıb

img

15-09-2010 [11:25]


Bu gün Bakıda ?Gas Infrastructure World Caspian-2010? adlı beynəlxalq konfrans öz işinə başlayıb. MİA-nın xəbərinə görə, Böyük Britaniyanın ?Terrapinn? şirkətinin təşkilatçılığı ilə keçirilən konfrans iki gün davam edəcək. Tədbirdə uzunmüddətli enerji təhlükəsizliyinə nail olmaqda Xəzər dənizinin rolu, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafı, dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, infrastruktur, logistika mövzularında müzakirələr aparılacaq. Konfransda Azərbaycan Sənaye və Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının nümayəndələri, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Qazaxıstanın ?KazMunayQaz? şirkətinin baş direktorunun məsləhətçisi Ross Stobi, ?Nabucco Gas Pipeline International GmbH.? şirkətinin prezidenti Reynhard Mitçek, ?Trans Adriatic Pipeline? (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland və digər beynəlxalq şirkət və maliyyə institutlarının təmsilçiləri iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA