Prezident Səudiyyə Ərəbistanının energetika naziri ilə görüşüb - Foto

img

23-01-2018 [22:20]


Prezidenti İlham Əliyevin Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşü olub. 

Xəlid Əl Falih Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və rəğbət hissini dövlət başçısına çatdırıb. O, kralın Azərbaycan prezidentinin bu yaxınlarda ona göndərdiyi məktubdan böyük məmnunluq hissi keçirdiyini bildirib. Prezident İlham Əliyev məktubunda krala və Səudiyyə Ərəbistanına dərin hörmətini ifadə etdiyini, ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin, iqtisadi, enerji təhlükəsizliyi və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu bildirib. 

Söhbət zamanı OPEC çərçivəsində əməkdaşlıqdan və SOCAR və "Saudi Ramko” şirkətləri arasında işbirliyindən danışılıb. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür edib, onun da salamlarını Səudiyyə Ərəbistanının kralına çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA