Azərbaycan Rusiya ilə yeni hərbi sazişlər üzrə danışıqlar aparır - Prezident detalları açıqladı

img

23-01-2018 [21:53]


"Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük”.

Mia.az xəbər verir ki, bunu "RİA Novosti”yə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

"Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır", - deyə prezident vurğulayıb.

Dövlət başçısı bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb.

Prezident, həmçinin qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub: "Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib. "Azərbaycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA