Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüz keçirildi

img

15-09-2010 [11:22]


Bu gün Azərbaycanın digər təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dillər Universitetində (ADU) də ?Bilik günü? qeyd edildi. ADU-nun İctimaiyyətlə Əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın MİA-ya verdiyi məlumata görə, universitetin Akt zalında ali məktəbə bu il daxil olan tələbələrlə görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov professor-müəllim heyətini və tələbə adını qazananları yeni dərs ili münasibətilə təbrik etdi. O, Azərbaycanın öndə gedən ali məktəblərindən biri olan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrin buna öz gərgin hazırlıqları ilə nail olduqlarını bildirdi: ?Təhsil sistemində ən yüksək reytinqə malik ali məktəblərdən birinə daxil olmaqda yanılmamısınız. Xarici dilləri mənimsəyərək Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana qovuşdurmaq sizin əsas vəzifəniz, bizimsə arzumuzdur. Bu arzumuzu yerinə yetirmək üçün siz tələbələrlə birgə işləyəcəyik?. Yeni tədris ilində rəhbərlik etdiyi ali məktəbə 1000 nəfərə yaxın tələbənin daxil olduğunu bildirən rektor onların biliklərinin daha da yüksək olmasının vacibliyini qeyd etdi. Ali məktəbə yeni daxil olan tələbələri savadlı, vətənpərvər, eyni zamanda iradəli olmağa çağırdı. ADU haqqında, yeni tətbiq olunan Boloniya prosesi, fakültələr, eləcə də tələbələrin ixtiyarında olan real və virtual kitabxana barədə tələbələrə məlumat verən rektor S. Seyidov universitetdə fəaliyyət göstərən müxtəlif mərkəzlərdən tələbələrin layiqincə istifadə etməsini arzuladığını dilə gətirdi, tələbələri hər zaman təşəbbüs göstərməyə çağırdı: ?Biz siz tələbələrə bütün şəraiti yaradırıq, sizdən isə aktivlik tələb edirik?. Çıxışının sonunda rektor tələbələri bir daha təbrik edərək universitetin rəhbərliyini onlara təqdim etdi. Daha sonra rektor ən yüksək balla - 654 balla Tərcümə fakültəsinə daxil olan Minayə Cəfərovaya noutbuk hədiyyə etdi. Digər yüksək balla universitetə daxil olan tələbələrə də hədiyyələr, tələbə biletləri və qiymət kitabçaları təqdim edildi. Valideynlər adından danışan Hənifə Qayınbəyova övladının məhz bu ali məktəbə daxil olduğuna görə sevindiyini dilə gətirdi. Övladının müəllimlərin səy və zəhmətini doğruldacağına əmin olduğunu dedi. Görüşün sonunda Azərbaycan Dillər Universitetinin himni səsləndi və ali təhsil ocağının fəaliyyətini özündə əks etdirən slayd nümayiş etdirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA