"Bizim Ermənistanla çox yaxşı ənənəvi qonşuluq münasibətlərimiz var və..." - Gürcüstanın baş naziri

img

23-01-2018 [18:57]


"Gürcüstan Azərbaycan, Türkiyə, Qazaxıstan və regionun digər ölkələri ilə vacib regional layihələr reallaşdırır”.
 
Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun "Avrasiya: strateji perspektiv” sessiyasında deyib.
 
Baş nazir bildirib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri var: "Qonşularla münasibətlər çox vacibdir. Bizim Ermənistanla çox yaxşı ənənəvi qonşuluq münasibətlərimiz var və Mərkəzi Asiya ölkələri ilə də vacib münasibətlərimiz mövcuddur”. 
 
G.Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan "İpək yolu”nun ölkələri ilə yeni layihələrlə regiona dinamika gətirir: "Bu, regionda sıx əməkdaşlıq olmadan mümkün deyil. Bu, həmçinin dayanıqlı sülh üçün yaxşı zəmin yaradır”. 

Baş nazir çıxışında Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğal olunması məsələsinə də toxunub. O bildirib ki, bu, böyük problem olaraq qalır və məsələ konstruktiv yolla həll olunmalıdır.
 
G.Kvirikaşvili avroatlantik məkana inteqrasiyanın Gürcüstanın strateji prioriteti olduğunu da qeyd edib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA