Ramin Quluzadə Xırdalana gedəcək - Naizr vətəndaşları qəbul edəcək

img

23-01-2018 [17:50]


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xırdalanda vətəndaşları qəbul edəcək.

Məlumata görə, nazir yanvarın 26-da saat 11:30-da Xırdalan şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan "mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. 

Bunun üçün:

Abşeron rayonunda 012 3423300

Sumqayıt şəhərində 018 6423500

Qubadlı rayonu üzrə 018 6483393

Şuşa rayonu üzrə 012 4584686

Zəngilan rayonu üzrə 012 4326166

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA