Ölkə ərazisində buludlu və yağızlı hava zəraiti davam edəcək

img

15-09-2010 [11:07]


Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, arabir tutulan, gün ərzində əsasən yağmursuz hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, paytaxt və yarımadada şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 23-25?, axşam 21-23? olacaq. Sentyabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20?, gündüz 25-27? təşkil edəcək. Sentyabrın 17-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi ehtimal edilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21?, gündüz 26-28? olacaq. Sentyabrın 18-də də dəyişkən buludlu, əsasən yağmursuz hava davam edəcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22?, gündüz 26-28? olacaq. Azərbaycanın rayonlarında sentyabrın 16-da gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağcağı, gündüz tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20?, gündüz 25-29?, dağlarda gecə 7-12?, gündüz 15-19? olacaq. Sentyabrın 17-18-də əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin 18-də axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20?, gündüz 26-30?, dağlarda gecə 8-13?, gündüz 16-20? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA