"Azərişıq" borca görə AMEA-nın işığını kəsib - Borc davası

img

23-01-2018 [15:35]


Bu gün Bakıda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının elektrik enerjisi kəsilib.

Binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq” ASC-yə milyon manata yaxın borcunun olması göstərilir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə hazırda Fransada səfərdə olduğu üçün binaya elektrik enerjisinin verilməsi ilə bağlı danışıqlar onun müavini tərəfindən aparılır.

Faktın doğruluğunu AMEA-dan "Ölkə.Az”-a təsdiq ediblər.

Adının çəkilməsini istəməyən mənbə bildirib ki, AMEA-nın yaranma günündə elektrik enerjisi yaranan borca görə kəsilib.

"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "APA-Economics”ə verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

Qeyd edək ki, bu gün həm də AMEA-nın yaranma günüdür. 1945-ci il yanvarın 23-də AMEA yaradılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA